17 
Yan
2019
14:36
157
19
5322
Virtual karabakh

Bakıda polis quldurluq edən şəxsi zərərsizləşdirdi - FOTO/VİDEO

17 Yan, 2019
14:36
5322

Bakıda polis quldurluq edən şəxsi zərərsizləşdirdi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İctimai asayişin qorunması, şahidi olduğu cinayət xarakterli hadisələrə dərhal reaksiya və bu tipli hüquqazidd əməlləri törədən şəxsin yerindəcə zərərsizləşdirilməsi hər bir polis əməkdaşının öndə gələn vəzifələrindən biridir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, ictimai asayişin polis əməkdaşları tərəfindən etibarlı şəkildə qorunduğunu sübut edən hadisələrdən biri də Səbail rayonu ərazisində baş verib.

Yanvarın 13-də saat 23 radələrində Səbail rayonu ərazisindəki parkların birində naməlum şəxs Bakı şəhər sakini Z.Mehdizadəni ülgüclə hədələyib pul və əlindəki fotoaparatı almağa cəhd göstərib.

Hadisə zamanı zərərçəkənin köməyinə yaxınlıqda xidmət aparan Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Heydər Həsənov çatıb. Onun hadisəyə çevik və operativ reaksiyası nəticəsində quldurluq edən şəxs  cinayət başında zərərsizləşdirilərək aidiyyəti üzrə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə təhvil verilib. 

Polis Bölməsində araşdırma zamanı hadisəni tərədən şəxsin Sumqayıt şəhər sakini Nicat Həsənli olduğu müəyyən edilib. Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində araşdırmalar başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri