17 
Yan
2019
18:23
336
50
18489
Virtual karabakh

Azərbaycanın bölgələri ağ örpəyə bürünür - FOTO/VİDEO

17 Yan, 2019
18:23
18489

Azərbaycanın bölgələri ağ örpəyə bürünür - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şamaxı və ətraf rayonlara qar yağıb. Qarlı, şaxtalı hava saat 15:00 radələrində başlayıb, bu dəqiqələrə qədər davam edib.

Oxu.Az xəbər verir ki, güclü külək əsib, ardınca yağan sulu qar qara çevrilib.

Ən çox qar rayonun Pirqulu, Qızmeydan, Pirbəhli, Dəmirçi və Sis kəndlərinə yağıb.

Qobustan rayonuna da qar yağıb. Güclü külək səbəbindən Qobustan-Xilmili yoluna sovrulan qar texnikaların köməyilə təmizlənib. Temperatur 9-10 dərəcə aşağı düşüb. Hazırda rayon ərazisində havanın temperaturu -2 dərəcəyə qədər enib.

Respublikanın əsas magistral yollarından olan Ağsu dolayları, Muğanlı-İsmayıllı və Bakı-Şamaxı avtomobil yolu işlək vəziyyətdədir.

Rəşad Aydın

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri