17 
Yan
2019
21:03
84
381
19299
Virtual karabakh

Xəzərdə dalğanın hündürlüyü 9,3 metrə çatır

17 Yan, 2019
21:03
19299

Xəzərdə dalğanın hündürlüyü 9,3 metrə çatır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

17 yanvar saat 21:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 26-31 m/s təşkil edir.

Oxu.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahın operativ məlumatında deyilir. 

Qeyd olunub ki, dalğanın maksimal hündürlüyü açıq dənizdə 9,3 metr olub.

Hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq və dağətəyi rayonlarda qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1-2 dərəcə isti, dağlıq rayonlarda mənfi 2-4 dərəcə təşkil edir.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri