18 
Yan
2019
15:20
36
179
3944
Virtual karabakh

Goranboyda canavar sürüyə hücum etdi

18 Yan, 2019
15:20
3944

Goranboyda canavar sürüyə hücum etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Goranboyun Boluslu kəndinin ərazisində canavar sürüyə hücum çəkib. 

Bu barədə Oxu.Az-a rayonun Boluslu kəndinə bağlı Eyvazlılar kənd bələdiyyə sədri məlumat verib.

O bildirib ki, hadisə dünən günorta saatlarında baş verib:

“Hadisə kənd sakini Elman Adıgözəlov sürünü kəndin kənarında otaran zaman baş verib. Bir müddət sürüdən ayrılıb, evə gəlib. Qayıdanda görüb ki, canavar sürüyə girib, iki baş qoyunu öldürüb, üçünü isə ölümcül halda yaralayıb”.

Bələdiyyə sədrinin sözlərinə görə, kənddə tez-tez də olmasa, arabir bu kimi hallar müşahidə edilir:

“Canavarlar çox olur. Tez-tez olmasa da, xırdabuynuzlu heyvanları nəzarətsiz qoyanda bu hadisələr qaçılmazdır”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri