20 
Yan
2019
10:51
289
26
2686
Virtual karabakh

Erkan Özoral: Bu, bütün türk dünyasının qürur günüdür - VİDEO

20 Yan, 2019
10:51
2686

Erkan Özoral: Bu, bütün türk dünyasının qürur günüdür - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

20 Yanvar tarixi Azərbaycanın müstəqilliyin qazanmasında əsaslı bir dönüş oldu.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın tarixində çox önəmli gündür:

“Bu gün matəm günüdür. 1990-cı ilin bu günü bir çox qardaşlarımızı şəhid verdik. Dərdimiz böyükdür. Eyni zamanda, bu, Azərbaycanın suverənlik tarixində önəmli gündür. Çünki 20 Yanvar tarixi Azərbaycanın müstəqilliyin qazanmasında əsaslı bir dönüş oldu”.

Səfir qeyd edib ki, 20 Yanvar Milli qürur günüdür:

“Bu qürur yalnız Azərbaycanın deyil, bütün türk dünyasının qürur günüdür. Biz də o gün şəhid verənləri sayğı ilə anırıq”.

İlhamə Əbülfət

VİDEO : Sail Ağasəlim, Orxan Hüseynzadə

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri