21 
Yan
2019
10:27
20
283
7725
Virtual karabakh

Ucarda yeniyetmə qız qaçırılıb

21 Yan, 2019
10:27
7725

Ucarda yeniyetmə qız qaçırılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ucar rayonunda 16 yaşlı qız 30 yaşlı kişi tərəfindən qaçırılıb.

Oxu.Az-ın məlumatına görə, bunu qızın nənəsi iddia edib:

“Nəvəm ona əmi deyir və onu istəmir. İstəyirəm, nəvəm təhsil alsın. Bizə ev və maşın təklif edirlər ki, şikayətimizi geri götürək”.

Qızı qaçıran şəxs isə onu öz istəyi ilə qaçırdığını iddia edib:

“Nənəsi onu öz qohumuna ərə vermək istəyirdi. Qız razılaşdı və mən onu qaçırdım. Bizi ancaq Allah ayıra bilər”.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Oxu.Az-a açıqlamasında bildirib ki, Ucarda qaçırılan 16 yaşlı qızın nənəsi hüquq-mühafizə orqanlarına müraciət edib.

“Biz uşağın mənafeyi baxımından hazırda Ucardayıq və rəsmi şəkildə nənəsi nəvəsinin zorla qaçırılması barədə polisə müraciət edir”, - deyə K.Ağazadə bildirib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri