22 
Yan
2019
10:35
23
123
3079
Virtual karabakh

Nazir müavini: Kömür istehsalı vərəm yaradır

22 Yan, 2019
10:35
3079

Nazir müavini: Kömür istehsalı vərəm yaradır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təəssüflər olsun ki, Azərbaycanın bəzi bölgələrində hələ də oğurluq yolla əldə olunmuş ağaclardan kömür hazırlanır.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

“Belə ki, kömür hazırlamaq üçün, adətən, müxtəlif diametrli ağaclardan istifadə edirlər. Təbii ki, onlar bu ağacları özlərinə məxsus bağlardan, meyvə ağaclarını kəsməklə yox, yaşadıqları kəndin ətrafındakı meşədən oğurluq yollarla əldə edirlər və bununla da meşələrin inkişafdan qalması ilə yanaşı, kəndlərini, evlərini təhlükə ilə üz-üzə qoyurlar.

Ağacları kəsməklə, torpaqların erroziyasına, sürüşməsinə və nəticədə, meşələrin deqradasiyasına zəmin yaradırlar”, - deyə Firdovsi Əliyev qeyd edib. 

Nazir müavini bildirib ki, kömür hazırlanması zamanı ondan ayrılan hissəciklər atmosferə yayılır, kömürdə adsorbsiya xüsusiyyətləri olduğuna görə atmosfer havasına yayılmış kömür hissəcikləri ilə qarışmış halda olan hava insanların tənəffüs yollarında selikli qişanın iltihabına səbəb olur:

“Nəticədə, insanlar vərəm xəstəliyinə yoluxurlar. Haram yollarla əldə etdikləri vəsaiti sonradan özlərinin, övladlarının sağlamlığına xərcləyir və bəlkə də, buna özlərinin şərait yaratdıqlarını anlamırlar. Kömür hazırlanan kəndlərdə yaşayan gənclərin hərbi xidmətə yararlılığı da şübhə altındadır.

Fürsətdən istifadə edib kömür hazırlayan kəndlərin ziyalılarına, ağsaqqallarına, icra nümayəndələrinə övladlarının sağlamlığına biganə qalmayan vətəndaşlara müraciət edərək bildirirəm ki, bu işlə məşğul olanlara  qarşı barışmaz mövqe nümayiş etdirsinlər və bu cür əməllərə birdəfəlik son qoyulsun”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri