25 
Yan
2019
10:14
78
109
4248
Virtual karabakh

Azərbaycanda qarğalar kütləvi şəkildə qırılır - VİDEO

25 Yan, 2019
10:14
4248

Azərbaycanda qarğalar kütləvi şəkildə qırılır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlər Tovuzda şəhər mərkəzində, kəndlərdə və əkin sahələrində tez-tez kütləvi şəkildə qarğa leşlərinə rast gəlinir.

Oxu.Az-ın “Xəzər” TV-yə istinadən məlumatına görə, Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayının artması fonunda qarğaların “quş qripi” virusundan ölməsi ehtimalı sakinləri narahat edir.

Mövcud vəziyyətlə əlaqədar Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Tovuz Rayon Baytarlıq İdarəsi dərhal əraziyə baxış keçirib, leşlərdən analiz üçün nümunələr götürülüb.

Qurumdan o da bildirilib ki, vəziyyət tam nəzarət altındadır. Hələlik heç bir virusa rast gəlinməyib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri