27 
Yan
2019
17:49
49
998
23646
Virtual karabakh

Həbib Nurməhəmmədovu məğlub edən azərbaycanlı vəfat etdi

27 Yan, 2019
17:49
23646

Həbib Nurməhəmmədovu məğlub edən azərbaycanlı vəfat etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qaydasız döyüş ustası, tanınmış azərbaycanlı idmançı Xamis Məmmədov vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə MMA-nın Azərbaycan nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, məşhur döyüşçü bir müddət qripdən əziyyət çəkirmiş və xəstəxanada müalicə olunurmuş.

35 yaşlı idmançının vəziyyəti qəfildən ağırlaşıb və bu gün gözlənilməz şəkildə dünyasını dəyişib.

Mərhumun meyiti dəfn edilmək üçün doğulduğu Sabirabad rayonuna aparılıb.

Qeyd edək ki, Xamis Məmmədov son vaxtlar müzakirə olunan idmançılardan idi. O, Həbib Nurməhəmmədovu döyüş sambosunda məğlub etmiş yeganə azərbaycanlı idmançı kimi tarixə düşüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri