31 
Yan
2019
15:39
30
26
1786
Virtual karabakh

Sərfəli səyahət “Buta Airways” mobil əlavəsi ilə daha asan oldu

31 Yan, 2019
15:39
1786

Sərfəli səyahət “Buta Airways” mobil əlavəsi ilə daha asan oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bundan sonra Android əməliyyat sistemli bütün smartfonların (5.0 və daha yüksək versiyalar), həmçinin iPhone (iOS 9.0 və daha yüksək versiyalar) smartfonlarının sahibləri “Buta Airways” rəsmi mobil əlavəsini yükləyə bilərlər. 

Əlavə Azərbaycan, rus və ingilis dillərində sadə və rahat istifadəçi interfeysi təqdim edir. 

Mobil əlavədə aviaşirkətin istənilən istiqamətinə aviabiletlər ala, alınan aviabiletlərin bronunu idarə edə və xidmətlər əlavə edə, öz reysinizə qeydiyyatdan keçə və uçuş cədvəlini görə bilərsiniz.  

Həmçinin, əlavədə aviaşirkətin əsas qaydalarına dair məlumat və “Buta Airways”in aviareyslər yerinə yetirdiyi şəhərlər üzrə səyahət bələdçisi mövcuddur.

Mobil əlavə sərnişinlərə dəstək xidmətinə onlayn müraciəti nəzərdə tutur. Çağrı Mərkəzinə telefon ilə və ya “WhatsApp” vasitəsilə yazaraq, həmçinin, əlavənin özündə Onlayn müraciət xidməti ilə birbaşa müraciət edə bilərsiniz. 

iOS üçün əlavəni AppStore-da aşağıdakı link vasitəsilə yükləmək olar: https://itunes.apple.com/gb/app/buta-airways/id1435152673?mt=8, Android üçün isə Google Play-də aşağıdakı link vasitəsilə yükləmək mümkündür. https://play.google.com/store/apps/details?id=az.butaairways.app

Əlavənin işi ilə bağlı bütün sualları, həmçinin əlavəni işləyib hazırlayan proqramçılara öz istəklərinizi [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.

“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və “Azərbaycan Hava Yollaı QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulmuşdur. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilib. Aviaşirkətinin donanması müasir “Embraer E-190” təyyarələrindən ibarətdir.

Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və ən çox tələb olunan istiqamətlər üzrə uçuşlar yerinə yetirir.

Bütün yenilikləri və xəbərləri “Buta Airways”in sosial şəbəkələrdəki səhifələrində izləmək mümkündür:

Bizimlə əlaqə saxlayın