Fev
2019
12:26
30
322
4539
Virtual karabakh

Bakıda yeni salınan yolda problem yaranıb - YENİLƏNİB + VİDEO

1 Fev, 2019
12:26
4539

Bakıda yeni salınan yolda problem yaranıb - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yasamal rayonu ərazisində salınan, A.M.Şərifzadə küçəsini dairəvi yolla birləşdirən yeni yoldan su çıxmasına səbəb kanalizasiya xətlərində baş verən sızma olub.

Bu barədə Oxu.Az-a “Azərsu” ASC-dən məlumat verilib. 

Qeyd edilir ki, kanalizasiya xətləri köhnə olduğundan sızma baş verib:

“Hazırda əməkdaşlarımız hadisə yerinə cəlb edilib. Qısa müddətdə yaranan problem aradan qaldırılacaq”.

12:09

Yasamal rayonu ərazisində salınan yeni yolda problem yaranıb.

Oxu.Az-ın məlumatına görə, “ASAN xidmət”in yaxınlığından keçən və A.M.Şərifzadə küçəsini dairəvi yolla birləşdirən yeni yoldan su çıxır.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin (AAYD) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən ərazidə kanalizasiya lyuku daşıb:

“Ərazidə qoyulan kanalizasiya sistemi dolub və su lyukdan çölə daşıb. Lakin içərisini təmizlədikdən sonra yenidən qapağı bağlanacaq ki, yolda heç bir problem yaşanmasın”.

Qeyd edək, videonu “Facebook” sosial şəbəkəsində İlkin Kərimov yayıb.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri