Fev
2019
15:54
18
207
7905
Virtual karabakh

Nobel prospekti bağlanır - FOTO

5 Fev, 2019
15:54
7905

Nobel prospekti bağlanır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Nobel prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılır.

Bu barədə Oxu.Az-a “Azərsu” ASC-dən məlumat verilib.

Xatıraldaq ki, ötən ilin dekabrın 23-də Nobel prospektində yolun hərəkət hissəsində çökmə baş verib:

“Yolun çökməsinin 24 metr dərinlikdən keçən Sahil kollektoruna təsirini qiymətləndirərkən 11 saylı şaxtaya qrunt sularının dolması aşkarlanıb.

Sahil kollektorunun 1980-ci illərdən istismar edildiyini və qeyd edilən riskləri nəzərə alaraq ərazidə axıcılıq xüsusiyyətlərə malik qruntların hərəkətinin məhdudlaşdırılması və qrunt-bərkitmə işlərinin aparılmasına qərar verilib. 

Qrunt-bərkitmə işləri zamanı dərinliyi 20-25 m olan quyular qazılaraq yüksək təzyiqlə sement məhlulu torpağın alt qatına inyeksiya ediləcək. İnyeksiya işləri 11 saylı şaxtanın hər iki istiqamətində aparılacaq.

İlkin qiymətləndirmələrə əsasən, qrunt-bərkitmə işləri 20-25 gün ərzində davam edəcək. 

Bu müddətdə hərəkət iştirakçılarının və tikinti təhlükəsizliyinin təmin olunması məqsədilə Nobel prospektindən şəhər istiqamətinə nəqliyyatın hərəkətinin tam məhdudlaşdırılması planlaşdırılır. Aidiyyəti dövlət qurumlarının razılığı əsasında tikinti işlərinə yaxın günlərdə başlanılması nəzərdə tutulur”, - deyə qurumdan qeyd edilib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri