Fev
2019
10:06
13
108
1651
Virtual karabakh

XİN ukraynalı telejurnalistin adını “qara siyahı”dan çıxarıb

7 Fev, 2019
10:06
1651

XİN ukraynalı telejurnalistin adını “qara siyahı”dan çıxarıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna vətəndaşı, teleaparıcı Nadia Baziv Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib. 

Bu barədə Oxu.Az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə tam hörmət etdiyini bildirən N.Baziv gələcəkdə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərdən çəkinəcəyini müraciətində qeyd edib.

Habelə, sözügedən şəxs gələcəkdə ölkəmizə səfər etməsi üçün icazə verilməsini xahiş edib. Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və Nadia Bazivin adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri