Fev
2019
11:22
7
151
3096
Virtual karabakh

Zəlzələ bölgəsində yollarda çatlar əmələ gəlib - FOTO\VİDEO

7 Fev, 2019
11:22
3096

Zəlzələ bölgəsində yollarda çatlar əmələ gəlib - FOTO\VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevral ayının 5-də, gecə saatlarında Şamaxı və İsmayıllı rayonlarında baş vermiş zəlzələ nəticəsində avtomobil yollarının bəzi hissələrində yolların eni və uzunu boyu çatlar əmələ gəlib, sürüşmələr qeydə alınıb.

Oxu.Az-ın məlumatına görə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 115-120-ci km-lik hissəsində 1-3 sm enində beş yerdə çatlar yaranıb, Şamaxı-Pirqulu-Dəmirçi və Çuxuryurd-Qızmeydan-Pirbəyli avtomobil yollarında çatlar və sürüşmələr qeydə alınıb.

Çatlar İsmayıllı-Muğanlı avtomobil yolunda da müşahidə olunur.

Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları tərəfindən yollara baxış keçirilir, yollara dəymiş ziyan aktlaşdırılır.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri