11 
Fev
2019
11:13
356
39
12105
Virtual karabakh

Bakıda piyadanı vurub qaçan sürücü tutuldu - YENİLƏNİB

Xətai rayonu, Zığ yolu küçəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədən sürücü Sunay Vəliyev “Laçın” Ticarət Mərkəzinin sahibi Məsud Vəliyevin oğludur.

Məsud Vəliyev 2015-ci ildə dünyasını dəyişib. M.Vəliyevin vəfatından sonra onun biznesinə oğlu rəhbərlik edir.

S.Vəliyev sosial şəbəkələrdə bahalı maşınlarının fotolarını yaymaqla tanınır.

10:52

Xətai rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən rayon ərazisində yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Bu barədə Oxu.Az-a Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan daxil olan birgə məlumatda deyilir.

Fevralın 9-da paytaxtın Xətai rayonu, Zığ yolu küçəsində 1980-cı il təvəllüdlü Sunay Vəliyevin idarə etdiyi  “Mercedes-Benz GLS” markalı, 99-VS-999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1969-cu il təvəllüdlü Müşfiq Əliyevi vuraraq ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində S.Vəliyev fevralın 10-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri