11 
Fev
2019
16:26
267
110
3696
yuxarı
Novruz bayramında əfv gözlənilir
11 Fev, 2019
16:26
3696
267
110
Novruz bayramında əfv gözlənilir
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Bunu Oxu.Az-a açıqlamasında komissiya üzvü Mehdi Mehdiyev məlumat verib.
Onun sözlərinə görə, iclasda 100-dən çox müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib.
Qeyd edək ki, komissiyaya 1000-dək müraciət daxil olub. İclaslar yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı prezidentə təqdim olunacaq.
Xatırladaq ki, Novruz bayramı ərəfəsində əfv olacağı gözlənilir.
Etibar Məmmədov
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək