19 
Fev
2019
11:55
59
94
4916
Virtual karabakh

Bakıda yeni üslub və dizaynda “BeeArif” restoranı fəaliyyətə başladı - FOTO

19 Fev, 2019
11:55
4916

Bakıda yeni üslub və dizaynda “BeeArif” restoranı fəaliyyətə başladı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının mərkəzində yeni üslub və dizaynda BeeArif restoranı fəaliyyətə başlayıb.

İlk olaraq qapılarını media nümayəndərləri üçün açan restoran özünəməxsus dizaynı ilə diqqəti cəlb edir.

Restoran göstərdiyi xidmət və yeməklərin müxtəlifliyi ilə digər məkanlardan seçilir. “BeeArif” menyusunda fərqli mədəniyyət və mətbəx nümunələrini özündə birləşdirir. Məkan eyni vaxtda 130 qonağa xidmət göstərə bilir. 16 oturacaq və 8 VİP kabinetlərə bölünür, ən əsası da digər restoranlardan fərqli olaraq, burada heç bir kabinetdə depozit alınmır.

“Bizim şəbəkəmizə daxil olan digər restoranlarda milli yeməklərə üstünlük verdiyimiz üçün qərara gəldik ki, BeeArif restoranında həm əcnəbi, həm də yerli qonaqlara Avropa mətbəxini təqdim edək, ən əsası da münasib qiymətlərə təqdim edək”, - deyə restoranın direktoru Kamran Həsənov bildirib.

Restoran dizayn və interyerinə görə də fərqlənir: divarlardakı rəsmlər adi boya ilə deyil, rəqəmsal texnologiyanın köməyi ilə işlənib. Eyni zamanda, restoranda ilk baxışdan diqqəti cəlb edən arı fiqurları Rəssamlıq Akademiyasının tələbələrinin əl işləridir. Tələbələr bu gözəl əl işlərini “BeeArif” restoranına hədiyyə ediblər.

Həftənin müxtəlif günləri DJ-in ifası, tanqo və salsa kimi müxtəlif mədəniyyətləri əks etdirən rəqs və musiqilər də sizi gösləyir. Eyni zamanda, “BeeArif” öz səhnəsində gənc və istedadlı ifaçılara da şərait yaradır. 

Bu məkan Azərbaycana gələn çoxsaylı xarici qonaqlar və turistlərin də diqqətini artıq cəlb edib.

Həmçinin, müştərilər restoranın adına uyğun bal da sifariş verə bilərlər. Burada balları münasib qiymətə də almaq mümkündür.

“BeeArif” əmindir ki, restorana gələn hər bir qonaq – istər adi günlərdəki istirahəti vaxtı, istərsə də özəl günlərində burada ruhən dincələk və göstərilən xidmətdən məmnun qalacaq. Çünki burada müştərilərin məmnunluğu, xoş təəssüratları əsas götürülür.

www.instagram.com/beearifbaku/

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri