26 
Fev
2019
10:38
45
410
22970
Virtual karabakh

“Sədərək”də yanğın - YENİLƏNİB + VİDEO

26 Fev, 2019
10:38
22970

“Sədərək”də yanğın - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində anbarlardan birində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən saat 10:21-də söndürülüb. 

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

09:44

“Sədərək” Ticarət Mərkəzində yanğın təxminən 07:30 radələrində başlayıb.

Bunu Oxu.Az-a hadisə şahidlərindən biri deyib. 

O bildirib ki, həmin anbarda, əsasən, boya məhsulları saxlanılıb:

“20-30 yanğınsöndürən maşın cəlb edilib. Anbarın, demək olar ki, hamısı yanıb. Əsasən, boyaların saxlandığı anbar olub. Təxminən hər mağazanın burada 300-400 minlik malı olub. Səhər elektrik verilişindən sonra yanğın başladı. Yanan anbarın uzunluğu 50, eni 20 metrdir”, - o bildirib.

09:44

Yanğın Sədərək Ticarət Mərkəzinin cərgələrindən kənarda yerləşən anbarda olub.

Bununla bağlı Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

“Cərgələrdən kənarda yerləşən anbarda yanğın olub. Əməkdaşlarımız tərəfindən yanğın qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. İlkin məlumatlara görə, ölən və xəsarət alan yoxdur”, - məlumatda bildirilib.

09:11

Bakı şəhərinin Qaradağ rayonunda, “Sədərək” ticarət mərkəzinin ərazisində yanğın baş verib. 

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. 

İlkin məlumata görə, ərazidəki anbarlardan birinin dam örtüyü yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri