28 
Fev
2019
17:13
51
242
12720
Virtual karabakh

Azərbaycanda yeni televiziya açılır

28 Fev, 2019
17:13
12720

Azərbaycanda yeni televiziya açılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Televiziya və Radio Şurası Azərbaycanda xəbər sahəsi üzrə ixtisaslaşmış yeni televiziyanın açılması barədə qərar qəbul edib.

Müvafiq qərar Şuranın bu gün, fevralın 28-də keçirdiyi iclasda qəbul edilib.

İxtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün Bakı və Abşеrоn ərazisində 11 mart 2019-cu il tarixdən 11 aprel 2019-cu il tarixədək müsabiqə elan edilib. 

İclasda, həmçinin, “MEDİAART” şirkətinin kabel şəbəkəsi yayımı üçün lisenziya alınmasına dair müraciətinə baxılıb və ona abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün müddətsiz lisenziya verilməsi barədə qərar qəbul olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri