Mar
2019
09:35
19
310
9413
Virtual karabakh

Türkiyəli Bakıda maşınla öldürüldü - VİDEO

7 Mar, 2019
09:35
9413

Türkiyəli Bakıda maşınla öldürüldü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gecə saatlarında Bakının Babək prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Oxu.Az xəbər verir ki, “Nissan X-trail” markalı, 90 SE 567 dövlət nömrə nişanlı avtomobilin sürücüsü İbrahimzadə Emin Əli oğlu yolu keçmək istəyən 1982-cü il təvəllüdlü Türkiyə vətəndaşı Serkan Mehtikarsı vurub.

Nəticədə, piyada yerindəcə dünyasını dəyişib. 

Qeyd edək ki, qəza baş verdiyi yerdən 30 metr yaxınlıqda piyadalar üçün nəzərdə tutulmuş yeraltı keçidin olmasına baxmayaraq, piyada ondan istifadə etməyib. 

Faktla bağlı araşdırma aparılır. 

Elvin Nüsrətoğlu, Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri