Mar
2019
13:29
28
365
3838
Virtual karabakh

Elmira Süleymanova: Məhkumlar dörd dəfə yeyib-içir, ailələri isə çətinlik çəkir

7 Mar, 2019
13:29
3838

Elmira Süleymanova: Məhkumlar dörd dəfə yeyib-içir, ailələri isə çətinlik çəkir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əfvlə bağlı təkliflərim bayramdan bayrama olmur.

Oxu.Az-ın məlumatına görə, bunu Ombudsman Elmira Süleymanova Novruz bayramında gözlənilən əfvlə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, hər ayın sonu cəzaçəkmə müəssisələrinə baş çəkir:

“Cəzaçəkmə müəssisələrindən, məhkumların ailələrindən gələn bütün təklifləri yekunlaşdırıb, hər ayın sonu Əfv Məsələləri üzrə Komissiyaya göndərirəm. Ombudsmana gələn müraciətlər aylarla, illərlə saxlanılmır”.

Elmira Süleymanova qeyd edib ki, əfvlə bağlı işlər o qədər asan deyil:

“Elə adam var ki, səhvə yol verir və düşüncəsi çatmır ki, gördüyü işin sonu nə ola bilər. Cəzaçəkmə müəssisəsində məhkumlarla görüşümdə deyirəm ki, dərd sizin dərdiniz deyil.

Gündə dörd dəfə yeyirsiniz, içirsiniz. Əsas ailə üzvləriniz çətinlik çəkirlər. Problem təkcə maddi cəhətdən olmur, eyni zamanda, oğlanlar atasız, natamam ailələrdə böyürürlər”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri