Mar
2019
01:01
158
465
7021
Virtual karabakh

Ağalarov və Leps Bakıda restoran açacaq

8 Mar, 2019
01:01
7021

Ağalarov və Leps Bakıda restoran açacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Crocus Group”un vitse-prezidenti Emin Ağalarov və müğənni Qriqori Leps Bakı, Sankt- Peterburq və Kazanda restoranlar şəbəkəsi aça bilərlər.

 Bu barədə Emin Ağalarov açıqlama verib:

“Qriqori Lepslə “Bir qədəh şərab” konsepsiyasını genişləndirməyi planlayırıq. Biz  Piter, Kazan və Bakı kimi böyük şəhərlərdə restoran açmaq istəyirik”.

Rambler-in məlumatına görə, Qriqori Leps də bu informasiyanı təsdiqləyərək bildirib ki, başqa şəhərlərdəki işi nəzarətdə saxlamaq çətin olduğuna görə, ola bilsin ki, bu restoranlar  franşiz qaydası ilə açılsın.

Ağalarov və Lepsə məxsus “Bir qədəh şərab” restoranı 2017-ci ildə Moskvada açılıb. Daha sonra onlar “Lesnoy” adlı ikinci restoranı açıblar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri