Mar
2019
02:02
34
212
2853
Virtual karabakh

Bakıda tank əleyhinə mina tapılıb - FOTO

8 Mar, 2019
02:02
2853

Bakıda tank əleyhinə mina tapılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 7-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində tank əleyhinə minanın tapılması barədə məlumat daxil olub.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin  (ANAMA)  xüsusi mobil çevik əməliyyat qrupu və Dəmir Yolu Nəqliyyatında polis İdarəsinin, Sabunçu Xətt polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Əraziyə baxış keçirilib, yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. 

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili əməliyyat nəticəsində 1 ədəd tank əleyhinə mina (TM-62M) aşkar olunub.

 Mina agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri