11 
Mar
2019
14:45
400
29
4577
Virtual karabakh

Çətin vəziyyətdə yaşayan ailəyə yardım edildi

11 Mar, 2019
14:45
4577

Çətin vəziyyətdə yaşayan ailəyə yardım edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yevlax rayonunda çətin vəziyyətdə yaşayan ailəyə yardım edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat verib.

O bildirib ki, nazirliyin əməkdaşları Yevlax rayonu, Qaraməmmədli kəndində yeddi nəfərdən ibarət Məhərrəmovlar ailəsinin vəziyyəti ilə maraqlanmaq üçün onları ziyarət edib.

Məlum olub ki, ailə başçısı Xanlar Məhərrəmov əmək pensiyaçısıdır. Oğlu Qabil Məhərrəmov isə əmək qabiliyyətli olduğu halda işsizdir. Ailənin vəziyyəti nəzərə alınmaqla, onun məşğulluğunun təmin olunması istiqamətində addımlar atılıb.

Vətəndaş “İşsizin DOSTu” Proqramına cəlb edilərək yaxın günlərdə əmək müqaviləsi əsasında işə başlayacaq. Bundan sonra ailənin ünvanlı sosial yardım alması üçün müraciət etməsinə texniki kömək göstəriləcək.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri