12 
Mar
2019
12:06
23
277
3814
Virtual karabakh

Azərbaycanda su ehtiyatları azalıb - Nazirlik həyəcan təbili çalır

12 Mar, 2019
12:06
3814

Azərbaycanda su ehtiyatları azalıb - Nazirlik həyəcan təbili çalır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son onilliklərdə baş verən iqlim dəyişmələri fonunda yağıntıların azalması və temperaturun artması nəticəsində ölkədə su ehtiyatları 10-15 faiz azalıb. 

Bunu Oxu.Az-a açıqlamasında ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

O qeyd edib ki, bu prosesin müxtəlif iqlim ssenarilərinə əsasən gələcəkdə də davam etməsini nəzərə alaraq, təbii sərvətimiz olan sudan səmərəli istifadə olmasına nail olmalıyıq.

“Bu yanaşma müxtəlif sektorlar, o cümlədən əhali tərəfindən sudan istifadə zamanı əsas tutulmalıdır”, - U.Tağıyeva vurğulayıb.

U.Tağıyeva həmçinin bildirib ki, qar suları yaz-yay gursululuq dövründə respublikanın əksər çaylarının həm səth, həm də yeraltı qida mənbələrini formalaşdırır. 

“Buna görə aprel-iyun ayları ərzində respublikanın Şəmkir, Mingəçevir, Araz və s. su anbarlarında  gözlənilən sululuğa uyğun tənzimləmə işlərinin aparılması üçün gursululuq axımı proqnozu tərtib edilir. Bu növ proqnozlar müvafiq təşkilatlar tərəfindən sudan istifadənin düzgün planlaşdırılması məqsədi ilə digər çaylar üçün də tərtib edilir”.

Onun sözlərinə görə, respublikanın kənd təsərrüfatı məhsullarının 90 faizi suvarılan torpaqlarda yetişdiyindən suvarmada istifadə olunacaq su mənbələrinin və onlarda gözlənilən su ehtiyatlarının əvvəlcədən müəyyən edilməsi vacibdir.

Qeyd edək ki, 2016-cı ildə ölkə Prezidentinin sərəncamı ilə qəbul edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə istehsalçıların suvarma suyu ilə təminatının yaxşılaşdırılması məsələsi də daxil olduğundan çaylarda vegetasiya dövründə gözlənilən axımı daha da dəqiq proqnozlaşdırmaq üçün bu il qarölçmə işləri daha geniş formada aparılır.  

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri