12 
Mar
2019
19:45
19
320
4325
Virtual karabakh

Astarada iribuynuzlu heyvanlarda xəstəlik aşkar edilib - FOTO

12 Mar, 2019
19:45
4325

Astarada iribuynuzlu heyvanlarda xəstəlik aşkar edilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Astara rayonunun Şüvü kənd sakini Şaban Məmmədova məxsus fermer təsərrüfatında 2 baş iribuynuzlu  heyvanda bruselyoz xəstəliyi aşkar olunub. Hər iki heyvan kəsilərək baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilib və ərazidə dezinfeksiya işləri aparılıb.Nəticədə təsərrüfat sahibinə 3000 manata yaxın maddi ziyan dəyib.

Qeyd edək ki, bu, Şaban Məmmədovun təsərrüfatında baş verən artıq 2-ci hadisədir. Belə ki, ötən il avqust ayında fermerin təsərrüfatında 78 baş iribuynuzlu heyvanın tələfatı qeydə alınmışdı.

Astara Baytarlıq idarəsinin rəisi Mübariz Axundov bildirib ki, 1700 başa yaxın heyvandan götürülən qan nümunələri Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran Regional Sınaq Laboratoriyasında yoxlanılıb. Rayonda 8000 baş heyvanın yoxlanılması nəzərdə tutulub. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri