13 
Mar
2019
12:05
62
294
4798
Virtual karabakh

Bakıda gənclər yel çərşənbəsini belə qeyd etdilər - VİDEO

13 Mar, 2019
12:05
4798

Bakıda gənclər yel çərşənbəsini belə qeyd etdilər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli adət-ənənələr, bayramlar bu gün müxtəlif yollarla yaşadılır və təbliğ edilir.

Bəs, müasir gənclər Novruz çərşənbələrini necə qeyd edirlər?

Bəziləri ailələri ilə, bir qismi isə dostlarla toplaşaraq əylənirlər. “Kampinq və Hikinq” qrupu da Novruzu gənclərlə birgə qeyd etməyin yolunu tapıb. 

Qrupun təşkilatçısı Aybəniz Əzimova gənclər arasında Novruza marağın azaldığını deyir:

“Gənclər Novruz bayramına əvvəlki illərə nisbətən daha az diqqət göstərirlər. Əvvəllər Novruzun bütün adət-ənənələri zövqlə, həvəslə yerinə yetirilirdi”.

O, belə yığıncaqlarla Novruzu gənclər arasında sevilən bayramlardan biri olaraq saxlaya biləcəklərini bildirib:

“Müasir gənclər üçün kiçik toplanışlarla Novruz ab-havası yaratmaq istəyirik. Bayramı daha müasir, özümüzəməxsus formada keçiririk. Milli musiqilərlə yanaşı, öz tərzimizdə - gitara ifaçısının səsləndirdiyi musiqilərdən istifadə edirik. Yeni tanışlıqlar, yeni insanlarla ünsiyyət baş tutur, bir sözlə, hamı əylənir”.

Baku TV əməkdaşlarının hazırladığı şərhsiz kadrları təqdim edirik:

Sail Ağasəlim, Nəzrin Həsənova, Valeh Arifoğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri