13 
Mar
2019
22:28
225
88
6128
Virtual karabakh

Bütün dünyada “Facebook” və “Instagram”ın işində problem yaranıb

13 Mar, 2019
22:28
6128

Bütün dünyada “Facebook” və “Instagram”ın işində problem yaranıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu axşam “Facebook” və “Instagram” sosial şəbəkələrinin işində yaranan problemlərlə bağlı müxtəlif ölkələrdən çoxlu sayda şikayətlər daxil olur.

Demək olar ki, dünyanın yarıdan çox ölkəsində eyni problem yaşanmaqdadır. 

Nasazlıqlar ABŞ-ın şərq sahili vaxtıyla saat 11:56- dan etibarən (Bakı vaxtı ilə 17:56) qeydə alınmağa başlayıb.

“Instagram”da isə problemlər saat 12:01-dən (Bakı vaxtı ilə 18:01) başlayıb.

“Facebook” üzrə əsas şikayətlər ABŞ, Filippin, Böyük Britaniya, Niderland, Braziliya və Perudan daxil olub. “Instagram”ın işi isə əsasən ABŞ, Britaniya, Fransa və Niderlandda iflic olub.

Eyni problemlərin Bakıda yaşanması barədə də məlumatlar var.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri