14 
Mar
2019
14:12
80
92
4568
Virtual karabakh

Bakıda yeni “RAHAT” supermarketin təntənəli açılışı baş tutacaq

14 Mar, 2019
14:12
4568

Bakıda yeni “RAHAT” supermarketin təntənəli açılışı baş tutacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 16-da Bakıda “RAHAT” supermarketlər şəbəkəsinin yeni filialı fəaliyyətə başlayacaq.

Yeni açılacaq “RAHAT” supermarket Sabunçu rayonun Zabrat qəsəbəsində (Zabrat şossesi, Socar YDM-nin yanı) yerləşir.

Ümumi sahəsi 5 min m2-dan böyük olan yeni “RAHAT” supermarketin 200-dək avtomobil dayanacağı mövcuddur.

Dünyanın bir çox ölkəsindən gətirilən 30 mindən çox məhsul çeşidi ilə müştərilərinin xidmətində olacaq yeni supermarket səbirsizliklə onu sevən müştərilərini gözləyir.

Xüsusi tərtibatda hazırlanan yeni supermarket ən son texnoloji avadanlıqlarla təchiz olunub. Əlavə olaraq supermarketdə aptek, gül, ətriyyat-kosmetika, bəzək aksesuarları və bir sıra satış nöqtələri fəaliyyət göstərəcək.

Yeni “RAHAT” supermarketin açılışı ilə əlaqədar 1000-dən çox məhsul xüsusi endirimli və hədiyyəli olacaq. Açılış günləri xüsusi bayram tədbirləri ilə müşayiət olunacaq.

Məlumat üçün bildirək ki, açılış tarixindən etibarən müştərilərin xidmətinə pulsuz sərnişin avtobusları veriləcək.

Bundan əlavə, yeni “RAHAT” supermarketin açılışı və Novruz bayramı ilə əlaqədar olaraq supermarketin qarşısında 19 mart saat 19:00-da səhnəmizin populyar ulduzlarından ibarət böyük konsert tədbiri təşkil ediləcək.

Populyar müğənnilərdən Zamiq Hüseynov, Murad Arif, Manana Çaparidze və Günay İbrahimli də daxil olmaqla, bir çox müğənnilər çıxış edəcək.

Market hər kəsi möhtəşəm açılış mərasiminə və aksiyalardan yararlanmağa dəvət edir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri