15 
Mar
2019
09:54
78
47
4412
Virtual karabakh

Yüksək vəzifədə işləmək istəyənlərin nəzərinə - İmtahan vaxtı açıqlandı

15 Mar, 2019
09:54
4412

Yüksək vəzifədə işləmək istəyənlərin nəzərinə - İmtahan vaxtı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət İmtahan Mərkəzi (DİM) martın 17-də dövlət qulluğuna qəbul üçün test imtahanı keçirəcək. 

Mərkəzdən verilən məlumata görə, imtahan kompüter vasitəsilə aparılacaq. 

Dövlət qulluqçularının reyestri üzrə statistik məlumatlara əsasən, AA vəzifə qrupu üzrə 56 yer, AB vəzifə qrupu üzrə 419, AC vəzifə qrupu üzrə isə 1033 yer vakantdır. 

Vakant yerlər AC vəzifə qrupunda daha çoxdur. Vakant yerlər arasında kifayət qədər yüksək vəzifələr də mövcuddur.

Belə ki, hazırda Hesablama Palatasında şöbə müdirinin müavini, dövlət orqanı rəhbərinin köməkçisi, Maliyyə Nazirliyində aparat rəhbərinin müavini, şöbə müdiri, Təhsil Nazirliyində aparat rəhbərinin müavini, Gəncə şəhər Təhsil İdarəsinin müdiri, Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri, Energetika Nazirliyində aparat rəhbəri, Qaçqınlar və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsində aparat rəhbəri, Dövlət Turizm Agentliyində aparat rəhbəri, Əmlakk məsələləri üzrə Dövlət Komitəsində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin rəis müavini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi, Dövlət Məşğulluq Xidmətinin rəisi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin rəisi və rəis müavini vəzifələri vakantdır.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri