15 
Mar
2019
23:55
12
233
3747
Virtual karabakh

Lənkəranda partlayış: Xəsarət alan var - FOTO

15 Mar, 2019
23:55
3747

Lənkəranda partlayış: Xəsarət alan var - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəranda qaz sızması partlayışa səbəb olub.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə axşam saatlarında Lənkəran şəhərində 2-ci mikrorayon ərazisində, Zərifə Əliyeva küçəsi 78/3, mənzil 11 ünvanında qeydə alınıb.

İlkin məlumata görə, partlayış evdə kirayədə yaşayan tələbə 1997-ci il təvəllüdlü Masallı rayon Zuvand kənd sakini Xəlilzadə Cəmil Əliməmməd oğlunun hamam otağında su qızdırıcısı ilə ehtiyatsız davranışı nəticəsində baş verib. 

Cəmil Xəlilzadə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona hər iki əlin, sifət və boyun nahiyəsinin 1-2-ci dərəcəli termiki yanığı diaqnozu qoyularaq, zəruri tibbi yardımlar göstərilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri