16 
Mar
2019
11:56
172
27
3286
Virtual karabakh

Bakıda qazaxıstanlı narkotacir tutulub - FOTO/VİDEO

16 Mar, 2019
11:56
3286

Bakıda qazaxıstanlı narkotacir tutulub - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs ifşa edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat zamanı Qazaxıstan Respublikasının vətəndaşı əvvəllər məhkum  olunmuş Sahil Həsənov narkotik vasitə olan 0,510 qram heroini satmaq istəyən zaman saxlanılıb. 

Onun üzərində şəxsi axtarış aparılan zaman satış üçün nəzərdə tutulan hazır qablaşdırılmış formada olan 11,706 qram heroin, 5,239 qram tiryək, 10,119 qram metamfetamin aşkar edilərək götürülüb. 

Saxlanılan şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Əməliyyat tədbirlərinin davamı olaraq S.Həsənovun paytaxtın Xətai rayonunda kirayədə yaşadığı mənzilə də baxış keçirilib. 

Oradan isə əlavə olaraq 503,292 qram narkotik vasitə heroin və 49,881 qram metamfetamin aşkar edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri