16 
Mar
2019
17:20
222
85
16375
Virtual karabakh

Bakıda RAHAT supermarketin açılışında endirim ajiotajı - FOTO/VİDEO

16 Mar, 2019
17:20
16375

Bakıda RAHAT supermarketin açılışında endirim ajiotajı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Sabunçu rayonunun Zabrat qəsəbəsində RAHAT supermarketlər şəbəkəsinin yeni filialının açılışı olub. 

Oxu.Az xəbər verir ki, yerli məhsullarla yanaşı, dünyanın bir çox ölkəsindən gətirilən 30 mindən çox məhsul çeşidi ən sərfəli qiymətlərlə müştərilərə təklif olunub. 

Açılış və Novruz bayramı ilə əlaqədar 1000-dən çox məhsul xüsusi endirim və hədiyyələrlə müştərilərin ixtiyarına verilib.

“ANC Group” MMC-nin direktoru Samir Abdullayev bildirib ki, RAHAT supermarketlər şəbəkəsinin  istifadəyə verilən 41-ci filialı yeni konsept kimi təqdim olunub: 

“Bu mağaza ilə biz Azərbaycan pərakəndə sektoruna ilk yeni konsepti təqdim edirik. Mağazada 25 mindən çox məhsul çeşidi var.

Gələcəkdə məhsulların çeşidləri daha da artacaq. RAHAT supermarketin daimi müştəriləri bilir ki, mağazalarımızda hər həftə endirimlər olur.

Hazırda Novruz bayramı və açılışla əlaqədar 1000-ə yaxın müxtəlif çeşidli məhsullara xüsusi endirim edilib. Bayramın son gününə kimi endirim kampaniyası davam edəcək”. 

Müştərilər digər marketlərlə müqayisədə, RAHAT marketdə məhsulların keyfiyyətindən və qiymətlərdən razı olduqlarını bildiriblər.

Bundan əlavə, yeni RAHAT supermarketin açılışı və Novruz bayramı ilə əlaqədar olaraq supermarketin qarşısında 19 mart saat 19:00-da səhnəmizin populyar ulduzlarından ibarət böyük konsert tədbiri təşkil ediləcək.

Açılşda məşhur müğənnilərdən Zamiq Hüseynov, Murad Arif, Manana Çaparidze və Günay İbrahimli də daxil olmaqla, bir çox tanınmışlar çıxış edəcək.

Market hər kəsi möhtəşəm açılış mərasiminə və aksiyalardan yararlanmağa dəvət edir.

Qeyd edək ki, ümumi sahəsi 5 min m2-dən böyük olan yeni RAHAT supermarketin 200-dək avtomobil tutumlu dayanacağı var. Bundan başqa, bu gündən etibarən müştərilərin rahat gediş-gəlişinin təmin edilməsi üçün iki sərnişin avtobusu müştərilərə xidmət göstərəcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri