18 
Mar
2019
09:30
17
136
7987
Virtual karabakh

Bakı sakinlərinə güclü küləklə bağlı - XƏBƏRDARLIQ

18 Mar, 2019
09:30
7987

Bakı sakinlərinə güclü küləklə bağlı - XƏBƏRDARLIQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhər İcra Hakimiyyəti güclü külək ilə bağlı paytaxt sakinlərinə və sürücülərə xəbərdarlıq edib.

Qurumun Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda Bakıda güclü külək müşahidə olunur: 

“Sürücülərə, vətəndaşlara diqqətli olmalarını məsləhət görürük. Sürücülərdən xahiş edirik ki, avtomobillərini irigövdəli və hündür ağacların altında saxlamasınlar”.

O.Məmmədov qeyd edib ki, hazırda paytaxtın bir neçə yerindən ağac qırılması ilə bağlı məlumat gəlib və birlik əməkdaşları hadisə yerlərinə yollanıblar.

“Küləyin törətdiyi fəsadlarla bağlı dəqiq məlumat əldə olunacaq. Birlik bu gündən etibarən gücləndirilmiş iş rejiminə keçib”, - deyə Orxan Məmmədov qeyd edib.

Məlumat üçün bildirək ki, martın 18-də Bakıda güclü şimal-qərb küləyi əsəcək.

Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Axşam bəzi yerlərdə çiskin olacağı ehtimalı var. 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri