18 
Mar
2019
15:19
23
311
5657
Virtual karabakh

Binadan atılan zibil maşını bu hala saldı - FOTO

18 Mar, 2019
15:19
5657

Binadan atılan zibil maşını bu hala saldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xətai rayonunda binadan atılan zibil avtomobilin ön şüşəsini sındırıb.

Oxu.Az xəbər verir ki, hadisə Xətai rayonu, Xudu Məmmədov küçəsi ilə İlqar Zülfüqarov küçəsinin kəsişməsindəki hündürmərtəbəli binanın qarşısında baş verib.

Sürücü axşam saatlarında “Volkswagen Passat” markalı avtomobili binanın qarşısında saxlayıb.

Səhər işə gedən zaman isə maşının ön şüşəsini yararsız halda görüb.

Maşın sahibi deyir ki, avtomobilini saxladığı binanın yuxarı mərtəbələrinin birindən zibil atılıb və nəticədə maşının ön şüşəsi sınıb. Zibil torbasının içindəkilər kapotun üzərinə dağılıb.

Hadisənin kim tərəfindən törədildiyi bilinmir.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri