19 
Mar
2019
00:10
667
26
12833
Virtual karabakh

12 il sonra üçəmləri olan çavuşa üç otaqlı mənzil bağışlandı - FOTO

19 Mar, 2019
00:10
12833

12 il sonra üçəmləri olan çavuşa üç otaqlı mənzil bağışlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2019-cu ilin Novruzu Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Ömər Ələkbərovun ailəsinə sevinc bəxş edib.

 Müdafiə Nazirliyi xəbər verir ki, on iki illik həsrətdən sonra onun iki oğlan və bir qız olmaqla, üçəm körpəsi dünyaya gəlib. Uşaqlara erməni vəhşiliyinin qurbanı olan məsum körpə Zəhranın və milli qəhrəmanlarımız Mübarizlə Çingizin adları verilib. Körpələr sağlam və gümrahdırlar.

Ömər Ələkbərov Gəncə şəhərində anadan olub. Müddətli həqiqi hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında, Ermənistanla sərhəddə ön sərgərdə başa vurduqdan sonra həyatını həmişəlik olaraq orduyla bağlayıb. Beş ildən çoxdur ki, Vətənə sədaqətlə xidmət edir. Hazırda motoatıcı taqım komandirinin müavinidir.

Müdafiə Nazirliyinin rəhbərliyi və Ö.Ələkbərovun xidmət etdiyi hərbi birliyin komandanlığı ailənin bütün problemlərini qarşılamağı öz üzərlərinə götürüb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə bir qrup əməkdaş bu gün üçəm körpəni K.Fərəcova adına Elmi-tədqiqat Pedriatriya İnstitutundan təntənə ilə çıxarıblar.

Gəncə şəhərində üçotaqlı xidməti mənzilin açarları ailəyə təqdim edilib.

Kiçik çavuş Ömər Ələkbərov göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri