19 
Mar
2019
20:50
295
48
4048
Virtual karabakh

Novruz gəlir, yaz gəlir...

19 Mar, 2019
20:50
4048

Novruz gəlir, yaz gəlir...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yəqin ki, hər kəs içində günəş işığını hiss etdirən, istilik yayan duyğular yaradan günləri sevir. Qarlı olmasa da, soyuq keçən qış aylarından sonra nəhayət ki, yenə insanların gözlərini günəş qamaşdıracaq, üzlər güləcək, küləkdən qaçılmayacaq, əksinə, havanı duymaq üçün hər kəs küçələrə axışacaq. 

Mərkəzi küçələrdə yenə hər kəs insan çoxluğundan şikayətlənəcək. Onda da qışdakı boz, boş küçələri xatırlayar və hər şeyin sonu olduğunu, soyuq havaların isti havalarla gec-tez əvəzləndiyini görə bilərsiniz.

Yaz fəsli ümiddir, Novruz da ümidə açılan qapıdır. Azərbaycana xüsusən yaraşan bu fəsilə illər boyu Novruzla giriş edilib. Nələr dəyişsə də, Azərbaycan xalqı bu bayramı qoruyub saxlayıb.

Su çərşənbəsi gəlib keçdi, çayların buz bağlayan hissələri əridi. Od çərşənbəsi ilə günəş torpağı qızdırmağa başladı. Yel çərşənbəsi ilə yaz küləyi gülləri, ağacları yellətdi, salamladı. Sonuncu – torpaq çərşənbəsində su ilə islanan, günəşlə isinən torpaq oyanmağa başlayır. 

Ailələrdə birlik, qonşularda mehribanlığı gücləndirən bu bayram, demək olar hər kəsin ağlında xüsusi xatirələrlə yadda qalıb. 

Kimi dindirsən, uşaqlıqdakı unudulmaz bayramlardan danışır. Məhz bu xoş xatirələrə görə Novruz dəyərlidir. Gələcək üçün xoş xatirələrlə dolu bayram yaratmaq da bu gün hər kəsin öz əlindədir. Bir də heç vaxt 2019-un Novruz bayramı olmayacaq.

Mahnıda da deyildiyi kimi, “Yollar əlvan boyanar, evlərdə arzu yanar. Gözlərə sevinc qonar bayram axşamlarında”.

Nəzrin Həsənova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri