19 
Mar
2019
12:28
184
54
3566
Virtual karabakh

70 illik tarixlə gələcəyə - “Holcim”-in Qaradağ Sement Zavodu - FOTO/VİDEO

19 Mar, 2019
12:28
3566

70 illik tarixlə gələcəyə - “Holcim”-in Qaradağ Sement Zavodu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

1949-ci ildən təməli qoyulan “Holcim”-in Qaradağ Sement Zavodu bu il 70 illik yubileyini təntənəli tədbirlə qeyd etdi.

“70 illik tarixlə gələcəyə” konsepsiyası altında keçirilən tədbirə şirkətin əməkdaşlıq etdiyi tərəfdaşları ilə yanaşı bir çox dəyərli qonaqlar da qatılıb, şirkətə öz arzularını və təbriklərini çatdırıblar.

Qonaqları salamlayan şirkət rəhbərliyi son illərdə görülən işlər, şirkətin siyasəti və gələcək planları barədə ətraflı məlumat verdi.
 
“70 il ərzində bir çox ilklərə imza atan “Holcim Azərbaycan” bundan sonra da ölkə iqtisadiyyatına müsbət təsir edəcək layihələr üçün yüksək keyfiyyətli məhsulların istehsal edilməsində öz töhfəsini verməyə çalışacaq. Gəlin, sabahın bünövrəsini birlikdə quraq”,- “Holcim” şirkətinin Baş Direktoru Frederic Guimbal yubiley tədbirində qeyd etdi.

Sovetlər dönəmində “Qaradağ Sement” markası kimi tanınan zavod bu gün “Holcim Azərbaycan” olaraq klinker, qalaq və kisə sementi istehsalında innovativ həllər tətbiq edən qabaqcıl müəssələrdən biridir. 

Qlobal təcrübəyə və keyfiyyətə malik olan “Holcim Azərbaycan”ın istehsal etdiyi sement ilə ölkədə bir sıra müasir tikililər ərsəyə gəlib. 

Buna Heydər Əliyev adına Beynəlxalq Hava limanı, Ələtdə yerləşən Bakı limanı, Koroğlu qovşağı, SOCAR-ın, SOFAZ-ın və AZƏRSU-nun inzibati binaları, Yeni Bulvar, Bakı Metropoliteninin yeni stansiyaları, Bakı Gəmiqayırma zavodu-nu misal olaraq göstərmək olar. Zavod istər fərdi ustalar üçün, istərsə də strateji və innovativ layihələr üçün müxtəlif markalı sementlər istehsal etməyə qadirdir.

“Holcim” üçün əsas dəyəri onun işçi heyətidir. Bu illər ərzində sınaqdan keçmiş mehriban və peşəkar kollektivdə qırx illik təcrübəyə malik qocaman işçilər cavan nəslə dəstək olur, cavan nəsil isə öz növbəsində “LafargeHolcim”-in müasir bilik və təcrübələrini yaşlı nəslin nümayəndələri ilə bölüşür. Bu dayanıqlı birlik peşəkar kadrların yetişməsinə təkan olur.

Məhz buna görə bu gün ondan çox “Holcim” işçiləri dünyanın hər bir yerində həm şirkətdaxili həm şirkətdənkənar vəzifələrdə çalışırlar. Kollektivin şanlı və kədərli tarixçəsi də var. Qaradağ Sementin 7 əməkdaşı Vətənin müdafiəsi uğrunda şəhid olmuşlar.

Beynəlxalq təcrübəyə əsaslanaraq və müştərilərin  istək və tələblərinə çeviklik göstərərək şirkətdə müxtəlif təyinatlı hidravlik əsaslı məhsulların istehsalı da həyata keçirilir. İstehsal olunan yol yapışdırıcıları məhsulları həm ölkə daxilində həm də regiona daxil olan ölkələrin yol infrastrukturunda geniş tətbiq olunur. 

Sabahın bünövrəsini birlikdə quraq!

“Holcim Azərbaycan” 80 ölkədə 80.000 işçi qüvvəsi ilə fəaliyyət göstərən “LafargeHolcim Qrupun” üzvüdür. “LafargeHolcim” dünyada sement, hazır beton məhsulları və aqreqatlar istehsalı və paylanması sahəsində 180 ildən artıq təcrübəyə malik olan dünya liderlərindən biridir.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri