20 
Mar
2019
15:08
192
49
7721
Virtual karabakh

Azərbaycanlı rusiyalı məktəbli ilə evləndi və cəzadan xilas oldu

20 Mar, 2019
15:08
7721

Azərbaycanlı rusiyalı məktəbli ilə evləndi və cəzadan xilas oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Yaroslavl şəhərində 18 yaşlı azərbaycanlıya qarşı qaldırılmış cinayət işinə xitam verilib. 

Yaroslavl telekanalının məlumatına görə, 15 yaşlı qızla intim əlaqədə ittiham olunan azərbaycanlını yerli qanunvericiliyə uyğun olaraq cəza gözləyirdi. 

Məktəbli qızın hamilə qalması barədə müvafiq orqanlara məlumatı həkim verib. Bundan sonra azərbaycanlı gənc barədə iş açılıb. 

Lakin həmyerlimiz məhkəmədə qızı sevdiyini sübut edə bildiyindən cinayət işinə xitam verilib. Gənclər evləniblər, onların övladı dünyaya gəlib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri