26 
Mar
2019
12:10
113
51
3008
Virtual karabakh

Şəkili kişilərdən marixuana götürüldü - FOTO

26 Mar, 2019
12:10
3008

Şəkili kişilərdən marixuana götürüldü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Kəmaləddin Bədəlovu saxlayıb.

Oxu.Az-ın məlumatına görə, onun üzərində şəxsi axtarış keçirilən zaman 0,110 qram çəkidə narkotik vasitə olan heroin və şəhər ərazisindəki yaşadığı evin zirzəmisindən sellofan torbada 470 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.   

ŞRPŞ əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 44 yaşlı Anar Ələkbərov saxlanılıb. Onun üzərinə şəxsi axtarış keçirilən zaman 274 qrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. 

Faktlarla bağlı araşdırma aparılır.

Rəşad Aydın

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri