28 
Mar
2019
15:18
56
291
2260
Virtual karabakh

Şeyxülislam Qroznıya gedir

28 Mar, 2019
15:18
2260

Şeyxülislam Qroznıya gedir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə martın 29-da Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun dəvəti ilə Qroznı şəhərinə səfərə yola düşür. 

Bu barədə Oxu.Az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. 

QMİ sədri Qroznıda Rusiya Qəhrəmanı Əhməd Kadırov adına regional ictimai Fondunun və İslam mədəniyyəti, elm və təhsilə dəstək Fondunun birgə təşkilatçılığı ilə keçirilən “İslam sülh və mərhəmət carcısıdır” adlı Beynəlxalq dini konfransda iştirak edəcək.

Şeyxülislam Beynəlxalq Dini Konfransda məruzə ilə çıxış edəcək.

Səfər çərçivəsində QMİ sədri respublika rəsmiləri, konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, habelə xarici qonaqlar ilə görüşlər keçirəcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri