29 
Mar
2019
12:22
124
17
4642
Virtual karabakh

Sahibkarlara ödənişlərin veriləcəyi vaxt açıqlandı

29 Mar, 2019
12:22
4642

Sahibkarlara ödənişlərin veriləcəyi vaxt açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Diqlas” Ticarət Mərkəzində maddi ziyan dəyən vətəndaşlara ilkin ödənişlər gələn həftənin əvvəlində ödəniləcək.

Oxu.Az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ilkin ödənişlərin verilməsi ilə bağlı araşdırma aparılır:

“Biz artıq bankla danışmışıq. Maddi ziyan dəyən şəxslərə hesablar açılacaq və kartlara köçürüləcək”.

Nazir qeyd edib ki, sahibkarlara güzəştli kreditlərin verilməsi təklif olunacaq:

“Hansı sahibkar bu krediti istəsə, ona kömək ediləcək. Verilən kredit dörd faizlə və uzunmüddətli güzəştli şərtlərlə olacaq”.

“Zərərçəkmişlərə malları satmaq üçün yeni yerlər veriləcək və icarədarlar da 4-5 ay ərzində icarə pulu almayacaqlar.

Prezident İlham Əliyevin Ehtiyat Fondundan  İqtisadiyyat Nazirliyinə vəsait ayrılıb. Üç gün araşdırma aparılacaq və bunun nəticəsi olaraq sahibkarlara həmin vəsait əsasında kompensasiya veriləcək. Bu məqsədlə İşçi Qrup bazar gününə kimi fəaliyyət göstərəcək”, - nazir əlavə edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri