Apr
2019
12:14
253
26
7249
Virtual karabakh

Meyitini döyüş meydanından qardaşı çıxarmışdı - REPORTAJ

5 Apr, 2019
12:14
7249

Meyitini döyüş meydanından qardaşı çıxarmışdı - REPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

O, Aprel döyüşləri zamanı düşmənlə birbaşa döyüşdə iştirak etmək üçün ön cəbhəyə könüllü getmişdi. Uşaqlıqdan arzuladığı kimi, sevdiyi və bağlı olduğu torpaq uğrunda şəhid oldu.

Xüsusi Təyinatlı Qüvvələrin giziri, Masallı rayonunun Kalinovka kənd sakini, 1995-ci il təvəllüdlü Nurlan Bayram oğlu Əsgərlinin valideynləri onunla son danışıqlarının aprelin 2-si olduğunu deyir.

Həqiqi hərbi xidməti başa vurduqdan sonra hərbçi olmaq arzusunu reallaşdırmaq üçün yenidən ordu sıralarına yazılan Nurlan qardaşı İntiqamla hərbçi yoldaşı olub, bir yerdə xidmət ediblər. 

Şəhid olduğu vaxt onu döyüş meydanından qardaşı İntiqam çıxarıb. Hər iki qardaş düşmənə qarşı döyüşüb. Şəhidin anası Ziba xanım övladının vətəninə sevgisi olduğu qədər, düşməninə nifrətinin olduğunu deyir.

Baku TV əməkdaşlarının şəhidin evindən hazırladığı reportajı təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri