Apr
2019
01:45
389
21
2762
Virtual karabakh

Qobustanda qəhrəman əsgərimizin anım günü keçirildi - FOTO

6 Apr, 2019
01:45
2762

Qobustanda qəhrəman əsgərimizin anım günü keçirildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprel döyüşlərindən 3 il ötür.

Azərbaycanın ərazı bütövlüyü uğurunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuş vətən övladlarından biri də şəhid Orxan Müstəcəbovdur. 

Şəhid Orxan Müstəcəbov 1993-cü ildə Qobustan rayonunun Bədəlli kəndində anadan olub.Orta məktəbi bitirdikdən sonra, 2011-ci ildə hərbi xidmətə yola düşüb. Xidmətdə olarkən, dəfələrlə komandanlıq tərəfindən fəxri fərman və  təşəkkürnamə ilə təltif edilib.

Aprel döyüşlərində göstərdiyi şücayət düşmənə qarşı əzimkarlığı onu şəhidlik zirvəsinə ucaltdı.

Bu gün onun doğulduğu Qobustan rayonunda anım mərasimi keçirilib.

 Tədbirdə Rayon İcra hakimiyyətinin  başçısı Adil Məmmədov, icra nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan şöbəsinin kollektivi,  şəhidin ailə üzvləri və kənd sakinləri iştrak ediblər.

Rəşad Aydın

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri