Apr
2019
13:40
327
158
16196
Virtual karabakh

Yol polisindən maşına gerb yapışdıranlara - XƏBƏRDARLIQ

6 Apr, 2019
13:40
16196

Yol polisindən maşına gerb yapışdıranlara - XƏBƏRDARLIQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son zamanlar avtomobillərin ban şüşələrinə dövlət gerbinin yapışdırılması halları tez-tez müşahidə olunur ki, bu da Azərbaycan Respublikasının Dövlət gerbi haqqında əsasnamə ilə ziddiyyət təşkil edir.

Bu barədə Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev deyib.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin nəzərinə çatdırır ki, dövlət atributunun hər hansı bir nəqliyyat vasitəsinin üzərinə yapışdırması və bu şəkildə istifadə olunması yol verilməzdir.

“Dövlət atributlarından yalnız xüsusi operativ nəqliyyat vasitələrində, dövlət təşkilatlarına məxsus avtomobillərdə istifadəsi mümkündür”, - deyə o vurğulayıb.

Rüfət Quliyev həmçinin qeyd edib ki, dövlət atributlarına hörmətlə yanaşma hər bir Azərbaycan Respublikasının vətəndaşının borcudur.
 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri