Apr
2019
11:48
557
51
17674
Virtual karabakh

Space TV cərimələndi

7 Apr, 2019
11:48
17674

Space TV cərimələndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Tеlеviziya və Radiо Şurası (MTRŞ) “Space” telekanalını 8 min manat cərimələyib.

Oxu.Az xəbər verir ki, buna səbəb əməkdar artist Rəşad İlyasov və müğənni Rüfət Axundovun Space TV-nin canlı efirində “Hər səhər” proqramında mahnı oxuyarkən qeyri-etik və əxlaqa zidd ifadələr işlətməsi olub.

MTRŞ-nın ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov məsələ ilə bağlı bildirib ki, Space TV-nin cərimələnməsinə səbəb efirdə işlədilən həmin ədəbsiz sözlər olub:

“Space TV”nin “Hər səhər” verilişində efirə getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar edilib və 5 aprel 2019-cu il tarixdə kanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunmasi ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edilib, qərar qəbul edilib. İş məhkəməyə göndərilib”.

Qeyd edək ki, Rüfət fonoqramla mahnı oxuyarkən səs rejissoru mikrofonları söndürməyi unudub. Həmin an Rəşad və Rüfət əxlaqsız ifadələr işlədib və həmin səs efirdə eşidilib. Rüfət sonra şəxsi Instagram hesabında video çəkərək bunun montaj olduğunu və qalmaqallı videonun onu el arasında gözdən salmaq məqsədi ilə yayıldığını iddia edib: “Kimsə düşmənçiliklə və ya zarafatla edibsə, yaxşı da alınmayıb. Məni tanıyanlar tanıyır ki, heç bir qalmaqalda yoxam. Bunun arxasınca getmək fikrim də yoxdur. Mən mahnımı oxumuşam, fonoqram gedib. Kimsə götürüb üstünə söyüş qoyubsa, ayıb olsun”.

O daha sonra verilişdəki videonu yayımlayaraq, söyüşlərin montaj olduğunu dilə gətirib. Myvideo-nun arxivinə nəzər saldıqda, qalmaqallı görüntülərdə yer alan 4 fevral 09:23 dəqiqədə Space TV-nin efirində “Anaya” serialı yayımlanır. “Hər səhər” verilişi isə Myvideo-dan silinib.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri