Apr
2019
10:30
345
59
19501
Virtual karabakh

Market müştərilərinə şad xəbər - FOTO

9 Apr, 2019
10:30
19501

Market müştərilərinə şad xəbər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda onlayn alış-veriş sahəsində yeni bir nəfəs olan “AZOM.AZ” onlayn hipermarketi fəaliyyətə başladı.

Yüksək texnologiyalar dövründə standart market alış-verişlərindən nəhayət ki əl çəkməyin vaxtı gəlib çatdı. Yeni fəaliyyətə başlayan “AZOM.AZ” Avropa və ABŞ-ın əsas trendlərindən olan onlayn market sistemini artıq xalqımızın xidmətinə verir.



“Azom” onlayn hipermarket yerli və dünyanın müxtəlif ölkələrindən gətirilən qida və qeyri-qida məhsullarının onlayn satışı və birbaşa ünvanlarınıza çatdırılması ilə məşğul olur. Günü-gündən artan, yüksək keyfiyyətli məhsul çeşidi müştərilərə təklif olunur. Bütün məhsulların şəkilləri, qiymət və açıqlamaları ilə bağlı ətraflı məlumat üçün “AZOM.AZ” saytına daxil olmaq kifayətdir. Sayta daxil olub qeydiyyatdan keçirsiniz və sizə lazım olan istənilən məhsulları seçib sifarişinizi təsdiqləyirsiniz. 

Bundan sonra supermarketlərə gedərək vaxt sərf etməyə, kassada növbə gözləməyə və daha sonra da, o aldığınız, bəzən ağır olan malları evinizə daşımağa, “Azom.az” ilə artıq ehtiyac qalmayacaq. Müştərilərin rahatlığını və razılığını özünə ən önəmli məqsəd qoyan “AZOM.AZ” hipermarketi sizə gündəlik etdiyiniz alış-verişinizi evinizdən kənara çıxmadan onlayn həyata keçirmək imkanı verir. Marketin peşəkar işçilərdən ibarət çatdırılma xidməti Bakı şəhəri daxilində istənilən ünvana 20 manat və üzəri sifarişlərin çatdırılmasını pulsuz həyata keçirir. Çatdırılma sizin seçdiyiniz vaxt intervalları üzrə həyata keçirilir. 

Bundan əlavə olaraq, onu da qeyd etmək lazımdır ki, “Azom.az”-la ödəniş tam təhlükəsiz və rahatdır. Çünki peşəkar çatdırılma xidmətinin gülərüz əməkdaşları sifariş etdiyiniz məhsullarla birlikdə bir növ market kassasını da, birbaşa qapınıza gətirirlər. Əgər onlayn ödəniş sistemlərinə inamınız hələlik azdırsa, birbaşa qapınızda bütün məhsulların keyfiyyətindən tam əmin olduqdan sonra, nağd və ya bank kartları ilə ödənişi həyata keçirə bilərsiniz. 

Əlbəttə, sual yarana bilər ki, bu məhsullar harada və hansı şəraitdə saxlanılır, keyfiyyətindən necə əmin olmaq olar. Bütün məhsullar, standartlara uyğun olaraq hazırlanmış və hər bir məhsul çeşidinin saxlanılma temperaturuna uyğun şəkildə təchiz olunmuş geniş anbarda saxlanılır. Məhsul keyfiyyətinə və anbarın təmizliyinə həm market əməkdaşları, həm də aidiyyatlı qurumlar tərəfindən ciddi nəzarət olunur. Sifarişlər zamanı, bütün məhsulların istifadə müddətinin bitmə tarixi xüsusi kompüter proqramları vasitəsi ilə nəzarətdə saxlanılır, ciddi yoxlanılır və bütün gigiyenik normalara uyğun olaraq, xüsusi saxlanma çantalarına qoyularaq müştərilərə çatdırılır. 

“Azom” onlayn hipermarketin rəsmiləri bildirir ki, yeni fəaliyyətə başlaması və önümüzdə gələn Ramazan bayramı ilə əlaqədar olaraq, müxtəlif növ kampaniya və endirimlərimiz müştərilərin ixtiyarına təqdim ediləcəkdir.

Bütün bu kampaniyalar barədə, ümumiyyətlə, marketin fəaliyyəti ilə əlaqədar və ya sizdə sual yarada bilən bütün məqamlarla bağlı olaraq, marketin peşəkar  kontakt mərkəzinin əməkdaşları ilə, www.azom.az saytında qeyd olunan telefon nömrələri vasitəsilə əlaqə saxlaya bilərsiniz.



Həmçinin, “Azom.az”-la bağlı ən son yeniliklərdən xəbərdar olmaq istəyirsinizsə, “Facebook” və “Instagram” səhifələrini izləyə bilərsiniz. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri