10 
Apr
2019
12:32
27
313
8342
Virtual karabakh

Bakıda yataqxana yandı - Kişi özünü binadan atdı - YENİLƏNİB

10 Apr, 2019
12:32
8342

Bakıda yataqxana yandı - Kişi özünü binadan atdı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nizami rayonu, Babək prospektində yerləşən və məcburi köçkünlərin yaşadığı yataqxana yanan zaman yeddi nəfərə hadisə yerində yardım edilib. 

Səhiyyə Nazirliyindən Oxu.Az-a bildirilib ki, hadisə zamanı üç kişi, üç qadın və bir uşağa həkimlər yerində yardım göstəriblər.

11:56

Bakının Nizami rayonu, Babək prospektində yerləşən və məcburi köçkünlərin yaşadığı yataqxana yanıb.  

Oxu.Az-ın məlumatına görə, hadisə yerinə FHN-nin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Səhiyyə Nazirliyindən saytımıza bildirilib ki, hadisə yerinə iki təcili yardım briqadası göndərilib:

“Yataqxanadakı yanğın zamanı bir nəfər 45 yaşlı kişi qorxudan özünü binadan atıb. Həmin şəxs xəstəxanaya aparılıb”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri