12 
Apr
2019
02:02
194
64
8812
Virtual karabakh

Dərbəndin icra başçısı həbs edildi

12 Apr, 2019
02:02
8812

Dərbəndin icra başçısı həbs edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskvanın Basman məhkəməsi Dərbənd rayonunun icra başçısı Məhəmməd Cəlilovun həbsinə sanksiya verib. Məhəmməd Cəlilov iyunun 9-na qədər nəzarət altında saxlanılacaq.

 RİA Novosti xəbər verir ki, həbs olunan şəxs pul yeyintisi ilə bağlı 3 fakt üzrə şübhəli bilinir. 

İstintaq məlumatlarına əsasən, Cəlilov 2015-ci ildə vəzifəsindən sui-istifadə edərək “Qafqaz” federal magistralı ətrafında ümumi sahəsi 3 hektar olan üç torpaq sahəsini öz qohumlarına pulsuz verib.Torpağ sahəsi ümumilikdə 20 milyon rubl dəyərində qiymətləndirilir. 

Cəlilovun yaşadığı ünvanda və Dərbənd administrasiyasında yoxlamalar keçirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri