12 
Apr
2019
11:35
14
143
5646
Virtual karabakh

Bu ərazilərdə işıq olmayacaq

12 Apr, 2019
11:35
5646

Bu ərazilərdə işıq olmayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün paytaxtın bir sıra qəsəbələrində elektrik enerjisinin verilişində fasilələr olacaq.

Bu barədə Oxu.Az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, elektrik enerjisinin verilişində yaranacaq fasilələrə səbəb yarımstansiyada aparılan yenidənqurma işləridir:

“Saat 12.30-dan 16-00-dək Qaradağ rayonu Müşfiqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşfiq massivi həyət evləri, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ - sol hissələrindəki həyət evlərinin elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq”, - deyə o bildirib.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri